İranın Qum, Kərəc, Əhvaz, Kirmanşah və Ərak şəhərlərində 6 məhkum edam edilib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Edam edilənlərin hamısı adam öldürməkdə günahlandırılıb.
Onlardan biri yəhudi Arvin Qəhrəmanidir və o Kirmanşahın Dizelabad həbsxanasında asılıb.
Qeyd edək ki, bununla da sentyabrın 23-dən bu günə kimi İranda edam edilənlərin sayı 180-ə yaxınlaşıb.
Edam hökmlərinin artmasına görə, edama məhkum edilən məhbusları ailələri son günlər ərzində İran parlamenti qarşısında iki dəfə etiraz aksiyası keçiriblər.
visiontv.az