İranda 6 məhkum edam edildi
09.12.2023

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu və Rəfsəncan şəhərinin həbsxanalarında 6 məhkum edam edilib.

Bu barədə məlumat verən insan haqları təşkilatları edam edilənlərin 5-nin narkotik maddələrinin alverində, birinin isə adam öldürməkdə günahlandırıldıqlarını bildiriblər.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, cari ilin 11 ayı ərzində İranda 707 məhkum edam edilib.

Visiontv.az