Hazırda ABŞ Prezidenti Donald Trampın məktubunu mediaya yaymaq fikrimiz yoxdur.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında deyib.
“Trampın məktubunun məzmununu açıqlamaq fikrimiz yoxdur. Məktubun məzmunu Trampın ictimai bəyanatları ilə yaxından üst-üstə düşür”, - İran XİN rəsmisi bildirib.
Onun sözlərinə görə, araşdırmalar başa çatdıqdan sonra məktuba müvafiq şəkildə cavab veriləcək.
Qeyd edək ki, Donald Tramp martın 6-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini açıqlayıb. Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri martın 12-də Trampın məktubunu İrana çatdırıb.