İran Nazirlər Kabineti milli valyutadan dörd sıfırın çıxarılmasına razılıq verib və ölkənin rəsmi valyutası bundan sonra “tümən” və “Qıran” olacaq.
Bu haqda İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib.
"Bu planın həyata keçirilməsi keçid dövrü ilə müşayiət olunacaq, xalq və bazar dəyişikliklərə alışa bilsin deyə, bir müddət tümən və rial eyni vaxtda dövriyyədə olacaq",- o əlavə edib.
Onun sözlərinə görə, bu məsələ 2008-ci ildən gündəmdədir və müxtəlif hökumətlərdə və parlamentlərdə nəzərdən keçirilib.
Hökumət sözçüsü əlavə təfərrüatları açıqlamasa da, bu qərarın xroniki inflyasiyanın yaratdığı problemləri azaltmaq, mübadilələri sadələşdirmək və gündəlik əməliyyatlarda rəqəmlərin həcmini azaltmaq məqsədi daşıdığı deyib.
Lakin bir çox ekspertlər və parlamentarilər bu siyasətin effektivliyinə şübhə ilə yanaşırlar.
visiontv.az