İran pasportunun reytinqi yenidən aşağı düşdü
29.07.2025

2025-ci il üçün dünya ölkələrinin pasportlarının etibarlılıq səviyyəsi və reytinqi açıqlayıb.

Bu haqda Henley Pasport İndeksi məlumat yayıb.

Məlumata gör, 195 ölkəyə vizasız səyahət etmək imkanıa görə, Sinqapurun pasportu birinci yeri tutub. 

İran pasportunun etibarlılığı ötən illə müqayisədə yenə də geriləyib.

Yeni hesabata görə, İran pasportu 96-cı yerdə qərarlaşıb və bu pasportla yalnız 44 ölkəyə vizasız səfər etmək mümkündür.

Bildirilib ki, İran pasportu Sudan, Şimali Koreya, Eritre, Liviya, Pakistan, Suriya və Yəmən kimi ölkələrin pasportundan cüzi etivarlıdır.

Siyahıda Yaponiya pasportu ilə dünyanın 193 ölkəsinə maneəsiz səfər imkanı olduğu və buna görə də, siyahıda ikinci yeri tutduğu bildirilib.

Əfqanıstan pasportu isə yalnız 26 ölkəyə vizasız səfər imkanına görə siyahıda ən son pillədə qərarlaşıb.

Dünyanın ən güclü pasportları siyahısına başçılıq edən Sinqapur və Yaponiyadan sonra növbəti yerlərdə Finlandiya, Fransa, Almaniya, İspaniya, İtaliya və Cənubi Koreya qərarlaşıb. Beynəlxalq etibarlılığa görə Kanada pasportu yeddinci, ABŞ pasportu isə doqquzuncu yerdədir.

visiontv.az