İran ordusunun zabiti edam edildi
10.01.2025

İranın Kirmanşah əyalətinin Gilanqərb şəhərində ordu zabiti Əşkan Kazimi və başqa iki nəfər edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, zabit və başqa iki məhbus adam ldürməkdə günahlandırılıblar.

Bununla yanaşı Səbzivar şəhərinin həbsxanasında da eyni ittihama görə bir məhbus dar ağacından asılıb.

Kərəcin Qızılhisar həbsxanasında da bir məhbus edam edilib, başqa bir məhkum isə edam qabağı təkadamlıq kameraya salındıqdan sonra ürək tutması nəticəsində həyatını itirib.

Qeyd edək ki, İran hökuməti 2024-cü ildə 1000-dən çox məhbusu edam edib və  bu son 30 il ərzində həyata keçirilən ən yüksək edam sayıdır.

İnsan haqları təşkilatları son 1 ildə edam edilənlərin 930-nun kimliyi müəyyənləşdirə biliblər.

visiontv.az