İslam Respublikası zərbə alacağını hiss edir və bir başa danışıqlara hazırdır.
Bunu Amerika Prezidenti Donald Tramp deyib.
O, bir başa danışıqlarla bağlı İran tərəfinin məktub yazıb-yazmadığı barədə jurnalistlərin suallarına cavab verib:
"Onlar nigarandırlar və əminəm ki, bir başa danışıqlara hazırdırlar. Məktubu buraxın onlar buna hazırdırlar".
Trampın yeni bəyanatı İranın rəsmi dövlət mediasında da əks olunub.
İRNA Trampın İranın bir başa danışıqlara hazır olduğu barədə bəyanatını yayıb və Tehranın hər zaman diplomatiya və müzakirələrə açıq olduğunu bildirib.
"İslam Respublikasınn hər zamankı mövqeyi problemlərin bərabər hüquqlu və təhdiddən uzaq danışıqlar yolu həll edilməsi olub",- İRNA yazıb.
Nəşr eyni halda Donald Trampın yeni bəyanatını onun əvvəlki mövqeindən geri oturması kimi qələmə verib:
"Ağ Evin bu yeni mövqeyi Trampın əvvəlki hərbi təhdidlərdən geri çəkilməsi kimi dəyərləndirilə bilər".
visiontv.az