Qarşıdakı aylarda İranın əksər bölgələrində içməli suyun kvota ilə veriləcəyi gözlənilir.
Bu barədə yerli media məlumat yayıb.
"Cari su ilində bəndlər və su anbarlarına suyun axını ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz azalıb. Ötən il 21,2 milyard kubmetr olan su axını bu il 13,15 milyard kubmetrə çatıb",- məlumatda bildirilib.
Məlumata görə, xüsusilə bəzi əyalətlərdə su böhranının digər əsas amili yüksək miqdarda su istehlak edən sənayenin qurulması və quraq bölgələrdə ənənəvi kənd təsərrüfatının davam etdirilməsidir.
visiontv.az
Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz azalıb