Hörmüz boğazı ətrafında artan gərginlik İran müharibəsinin nəticələri ilə bağlı nikbin olmağı çətinləşdirir, yüksək neft qiymətləri, təchizat zəncirindəki problemlər bir müddət qalacaq. Cənubi Koreya prezidenti Li Ce Myun belə bir xəbərdarlıq səsləndirib.
O, aprelin 14-də Nazirlər Kabinetinin iclasında deyib ki, hökumət qlobal enerji və xammal bazarlarında uzunmüddətli pozuntuları olduğu kimi qəbul edərək bunlara cavab sistemini gücləndirməlidir.
"İndilik, qlobal enerji və xammal təchizat zəncirlərində çətinliklər, neftin yüksək qiymətləri davam edəcək", – prezident deyib.
Li nazirlikləri müharibəyə cavab olaraq qəbul edilmiş əlavə büdcənin tez bir zamanda tətbiqinə çağırıb.
visiontv.az