İran müharibə ərəfəsində Çin istehsalı casus peyki əldə edib
20.04.2026

İran Çin istehsalı casus peykini gizli şəkildə əldə edib və bu, ona Yaxın Şərqdə ABŞ hərbi bazalarını izləmək, potensial hədəfləri müəyyənləşdirmək üçün yeni imkanlar yaradıb. Bu haqda "The Financial Times" yazıb.

Qəzet İranın sızdırılan hərbi sənədlərinə istinadla bildirir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 2024-cü ildə TEE-01B peykini əldə edib. Ondan Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn, İraq və digər ölkələrdə yerləşən bazaları izləmək məqsədilə faydalanıb. Peyk görüntülərinin raket və dron zamanı çəkildiyi bildirilir.

Peykin yüksək ayırdetmə qabiliyyəti İranın yerli sistemləri ilə müqayisədə ciddi texnoloji irəliləyiş sayılır. Təhlilçilərin fikrincə, Çinin yerüstü stansiyalarına çıxış İranın peyki qlobal miqyasda idarə etməsinə imkan verir. Bu da onun sıradan çıxarılmasını çətinləşdirir.

"Reuters" bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilməyib. Vaşinqton və Pekin rəsmiləri isə məsələni şərh etməkdən imtina ediblər.

visiontv.az