2026 il Asiya Kubokunda iştirak etmək üçün yanvar ayında Avstraliiyaya səfər edən İranın qadınlardan ibarət futbol komandasının üzvlərinin ailələri girov götürülüb.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, bu, İrana qayıtmaqdan imtina edərək Avstraliyadan sığınacaq istəyən idmançıları ölkəyə qaytarılması məqsədilə edilib.
"Təhlükəsizlik məmurları ailələrin Avstraliyada olan idmançılarla telefon əlaqəsini qurub və onları sığınacaq istəyən idmançıların ölkəyə qayıtmalarını istəməyə məcbur ediliblər",- məlumatda bildirilib.
Qeyd edək ki, 2026 il Asiya Kubokunda iştirak etmək üçün yanvar ayında Avstraliayya səfər edən İranın qadınlardan ibarət futbol komandasının üzvləri
Cənubi Koreya ilə keçirilən qarşılaşmadan əvvəl İran himnini oxumaqdan imtina ediblər.
Yarışlardan sonra komanda üzvlərinin 7-i İrana qayıtmaqdan imtina edərək Avstraliya hökumətindən sığınacaq istəyiblər.
Bir neçə gün sonra isə onlardan dördü yuxarıda qeyd olunan səbəbə görə sığınacaq istəyindən imtina edib və Malayziya yolu ilə İrana qayıtmaqla razılaşıblar.
visiontv.az