İran hökuməti dini mərasim olan "Ərbəin"dən yenədə özünün siyasi məqsədləri üçün istifadə etməyi planlaşdırır.
Bu, Tehran Bələdiyyəsinin Ərbəin Qərargahının rəhbəri Məhəmməd Əmin Təvəkkülizadənin sözlərindən məlum olub.
"Ərəbin mərasimində anti-İsrail hərəkatı kimi istifadə etmək istiqamətində planlar hazırlanıb",- o, bildirib.
Təvəkkülizadənin sözlərinə görə, bunun üçün üzərində anti-İsrail şüarları yazılmış şallar, papaqlar tıkılıb, marşlar hazırlanıb.
Tehran rejiminin bu hərəkəti iranlı sosial media istifadəçilərinin etirazları ilə qarşılaşıb.
Onlar rejimi ölkə vətəndaşlarının vəsaitlərini özünün siyasi-ideoloji təbliğatına xərclədiyini bildirirlər.
Bununla yanaşı Tehranın dindən və dini mərasimdən siyasi məqsədlər üçün istifadə etməsini dinə və dindarlara qarşı hörmətsizlik kimi dəyərləndirirlər.
"Sadə insanların inancından siyasi vasitə kimi istifadə etmək dinə ən böyük zərbədir",- iranl istifadəçilərin paylaşımlarında qeyd olunub.
visiontv.az