İntuisiya: Ürəyə damma
30.10.2024

Müdrik insanlar və alimlər arasında əsrlər boyu onun varlığına inananlar daha çox olsa da, elm hələ də onun varlığını tam təsdiq edə bilməyib. İntuisiya – latın sözü olub, qorunma, müdafiə olunma mənasını versə də, daha geniş anlam daşıyır. 6-cı hiss hesab edilən intuisiyanın varlığını bir çox alimlər hipoviz vəziylə bağlamağa çalışırlar.

Bəziləri isə burunun ucundan başlayaraq alının ortasına doğru hələlik tam inkişaf etməmiş duyğu mərkəzinin olduğunu iddia edirlər... Medium, baxıcı, ekstasenslərdə hipoviz vəzinin daha çox inkişaf etdiyi ehtimal olunur. Paradoksal haldır ki,  elmdə “inam” deyə bir şey olmasa da, elm adamları içərisində də mistikaya meyllilik, inam vardır. Bu, yəqin ki, insanın genetikası, bineyi-qədimdən genetikada gizlənmiş “yaddaş” ilə bağlıdır. ( Elmdə “kriptoteologiya” – gizlənmiş dini şüur adlı termin də vardır.)
Nastradamus (1503-1566),bolqarıstanlı Vanqa nənə (1911-1996), amerikalı “yatan peyğənbər” E. Keysi (1877-1945), Sovet vətəndaşları D. Cuna,  Messinq və b. İntuisiya baxımından ən inkişaf etmış adamlar hesab olunublar.
12 yaşadək intuisiyanın güclü olduğu deyilir. Bu yaşdan sonra intuisiya əksər insanlarda əsasən zəifləməyə doğru gedir. Bu, belə izah olunur ki; 1) Başın ənsə sümüyü 7 yaşdan başlayaraq 12 yaşadək təm bərkidiyindən kosmosla əlaqə zəifləyir. (Bu izah o qədər də inandırıcı deyil.) 2) 7 yaşadək insan öz yaşamı üçün ən mühüm bilgilərə, gündəlik həyat təcrübəsinə artıq sahib olduğundan, beyin bundan o yanasını “görməyə ehtiyac duymur.”
1989-cu ildə SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahı yanında məxfi analitik idarəetmə mərkəzi yaradıldı. Özünü ekstrasens sayan şəxslərdən seçilərək buraya cəlb olundu. Vanqa nənə ilə  əlaqə yaradıldı. Əsas məqsəd Şimal yarımkürəsində NATO-nun və ABŞ-ın məxfi hərbi bazalarının yerini dəqiqləşdirmək idi. Sonralar etiraf olundu ki, Vanqanın dediklərinin 70 %-i düz çıxdı. O da məlum oldu ki, çox ölkələr bu üsuldan istifadə edirlərmiş, SSRİ gecikib. O da bəllidir ki, R.Reyqan kimi L.İ.Brejnev də öz qərarlarını ekstasenslə də məsləhətləşirmiş. Hətta, ekstasens məsələsində dövlətlərarası siyasi manipulyasiyarar da var.
Elm, indi beyinin fəaliyyətini  kvant qaydalarıyla əsaslandırmağa çalışır. Bu isə o deməkdir ki, bu “sirli qutu” nədirsə, buradakı bütün müəmmalar axıradək çətin öyrəniləcək. (Yaxşı ki, öyrənilmir, yoxsa başımızda turp əkərlər.) Biz öz fəaliyyətimizdə beyin məntiqinə əsaslansaq da, ürəyimizin səsinə - intuisiyamıza da qulaq asmalı oluruq. Bu özünüqoruma instiktindən irəli gəlir. İstədik, ya istəmədik.  Dünyanın, kainatın özü kimi, insan da müəmmalı bir dünyadır. Başdan ayağa sirr olan özünüzü - dünyanızı qoruyun!

Mahir Bayram

visiontv.az