Hüseyn Əmir Abdullahiana səyahət məhdudiyyətləri qoyulacaq
17.04.2024

ABŞ BMT tədbirlərində iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiana əlavə səyahət məhdudiyyətləri tətbiq edəcək.

Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

"İran nümayəndə heyətinin və nazirin özünün hərəkəti BMT-nin baş qərargahı, İranın dünya təşkilatındakı nümayəndəliyinin binası və İranın BMT-dəki daimi nümayəndəsinin iqamətgahı ətrafında bir neçə məhəllə ilə məhdudlaşacaq",- məlumatda qeyd olunub.

Bundan əlavə, İran nümayəndə heyətinə Lonq-Aylend-Siti ərazisindəki bir neçə məhəlləyə giriş və konkret marşrut üzrə Con Kennedi adına beynəlxalq hava limanına getmək imkanı təmin ediləcək.

visiontv.az