Hərbçimiz Kəlbəcərdə göldə boğulub - RƏSMİ
17.06.2021

Azərbaycan Ordusunun hərbi qulluqçusu kapitan Fərzəliyev İlham Allahverdi oğlu Kəlbəcərdə göldə çimərkən boğularaq həlak olub. Visiontv.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat təsdiqlənib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, İlham Fərzəliyev Vətən müharibəsində iştirak edib və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.