Həbsxanada aclıq aksiyası keçirən güneyli fəal xəstəxanaya aparıldı
11.04.2025

Bədnam Evin zindanında saxlanılan güneyli milli fəal və din xadimi Əbdüləziz Əzimi Qədim 37 günlük aclıq aksiyasından sonra sağlamlıq durumunun pisləşməsi səbəbindən xəstəxanaya köçürülüb.

Hələlik milli fəalın durumu ilə bağlı məlumat yoxdur. Bu da onun ailəsinin narahatlığına səbəb olub. Bildirilib ki, Əzimi Qədim aclıq aksiyasından sonra təxminən 20 kilo arıqlayıb və təzyiqi aşağı olduğu üçün dəfələrlə həbsxananın tibb məntəqəsinə aparılsa da, dərman qəbul etməkdən imtina edib.

visiontv.az