Həbs edilən onlarla bəluç fəalın 12-nin kimliyi müəyyən edildi
13.01.2025

İranın təhlükəsizlik və polis qüvvələri keçirdikləri birgə əməliyyatda Sistan və Bəluçistan əyalətinin Nüsrətabad şəhərində 38 etnik bəluçu həbs edib.

Bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Onların həbs edilən zaman döyüldükləri və şəxsi əşyalarının müsadirə olunduğu bildirilib.

İnsa haqları təşkilatlarının məlumatına görə, həbs edilənlərin hələlik 12-nin nəfərinin kimliyini müəyyənləşdrilib.

Saxlanılanların ittihamları və hara aparıldıqları barədə hələlik məlumat almaq mümkün olmayıb.

visiontv.az