Hacı Şahin dəfn edildi
02.03.2023

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olunub.

Visiontv.az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

***09.23

Hacı Şahin Həsənli son mənzilə "Məşədi Dadaş" məscidindən yola salınacaq.

BAKU.WS xəbər verir ki, ilahiyyaçının cənazəsi hazırda "Məşədi Dadaş" məscidinə gətirilib.

***08:10

Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli dünyasını dəyişib.

Bu barədə onun yaxınları BAKU.WS-ə bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi infarkt səbəbindən həyatını itirib.

Allah rəhmət eləsin!

BAKU.WS