Güneyli siyasi məhbus Xameneiə məktub yazdı: Bu səfil həyatın son anlarında tövbə et
21.04.2025

Yəzd zindanında məhbus olan güneyli həkim və siyasi məhbus Həmid Qarahəsənli, İranın ali rəhbəri Əli Xameneiyə məktubunda yazıb:

“Sənin 35 illik hakimiyyətinin nəticələri İran xalqına səfalət, yoxsulluq, fəsaddan başqa bir şey gətirməyib. Zülm üzərində qurulan hökumət uzun sürməyəcək. Bu səfil həyatın son anlarında tövbə et”.

Bir çox haqsızlıqların bağışlanmaz olduğunu deyən Qarahəsənli Xameneyini xalqdan üzr istəməyə çağıraraq deyib: “İndi siz danışıqlara getməyə məcbursunuz, bəlkə İranı xilas etmək şansın var, istefa ver!”.

visiontv.az