Güney Azərbaycanlı sənədli film rejissoru və müstəqil jurnalist Məhəmməd Əlimoradi türk əleyhdarı irqçi qruplar tərəfindən hədələnib.
Məhəmməd Əlimoradiyə qarşı təhdidlər sosial media üzərindən yönləndirilib.
“Əgər separatçı fəaliyyətlə məşğul olsanız, bu sizə baha başa gələcək. Sizi bir gecədə məhv edəcəyik, bundan sonra sizə daha çox diqqət yetirəcəyik.” - deyə Məhəmməd Əlimoradi təhdid edilib.
Qeyd edək ki, Məhəmməd Əlimoradi əsasən ekoloji və sosial sahələrlə bağlı filmlərin istehsalı ilə məşğuldur.
Son aylarda Azərbaycanda mədəniyyət və media fəallarına təzyiqlər artıb, onların bir çoxu zəng, həbs və başqa təhdidlərlə üzləşib. Hələlik bu təhdidlərin rəsmi qurumlar və ya onlarla əlaqəli şəxslər tərəfindən edilib-edilmədiyi bəlli deyil, lakin bu hadisə Güney Azərbaycanda jurnalistlərin və sənədli film çəkənlərin təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.
visiontv.az