Güney azərbaycanlı fəal Əyyub Şiridən 34 gündür xəbər yoxdur
04.05.2026

Gunaz TV-nin məlumatına görə: güney azərbaycanlı fəal Əyyub Şiri 2026-ci ilin 26 mart tarixindən etibarən saxlanılıb və 34 gün keçməsinə baxmayaraq hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Azərbaycan İnsan Haqları Cəmiyyəti – ƏRK-in bu fəalın yaxınlarına istinadən yaydığı məlumata əsasən, o, ittiham elan olunmadan Təbriz Mərkəzi Həbsxanasının karantin bölmələrindən birində saxlanılır və ailə ilə görüş və telefon əlaqəsi kimi əsas hüquqlardan məhrum edilib.

Ailəyə yaxın mənbələr də onun vəziyyəti ilə bağlı tam məlumatsız olduqlarını bildirərək vurğulayıblar ki, məsul qurumlara etdikləri dəfələrlə müraciətlər cavabsız qalıb və saxlanma səbəbləri, dəqiq yeri və fiziki vəziyyəti barədə heç bir aydın izahat verilməyib.

visiontv.az