CENTCOM: İran limanlarının blokadası davam edir, heç bir gəmimiz vurulmayıb
04.05.2026

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ hərbi gəmisinin vurulması ilə bağlı İran mediasının xəbərini təkzib edib.

 Bu barədə CENTCOM-un “X” hesabında bildirilib.

Qeyd olunub ki, ABŞ  Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir gəmi vurulmayıb və donanma İran limanlarına blokada tətbiq etməyə, eləcə də “Project Freedom” əməliyyatını dəstəkləməyə davam edir.

Qeyd edək ki, İran mətbuatı Hörmüz boğazına  yaxınlaşmağa çalışan  ABŞ hərbi gəmilərindən birinin iki raketlə vurulduğu barədə məlumat yayıb.

visiontv.az