FTB-də rəhbər dəyişikliyi: Kristofer Rey postunu tərk edir
24.11.2026

ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) direktor müavini Kristofer Rey tutduğu vəzifədən ayrılır.

Visiontv.az  xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Bildirilir ki, FTB rəhbərinin müavini kimi bir ildən az müddətdə çalışan K.Rey dekabrda postunu tərk edəcək.

Qəzetin məlumatına əsasən, məmurun fəaliyyəti qurumun işində əhəmiyyət kəsb edir. Hələlik vəzifəyə yeni namizədin kim olacağı barədə məlumat verilmir.

Qeyd edək ki, FTB son iki ayda növbəti dəfə haker hücumunun hədəfi olub. Kibercinayətkarların sonuncu dəfə FTB-nin cinayətlərlə bağlı məlumat bazasına hücum ediblər. Büro informasiyaya qanunsuz müdaxilə faktı ilə əlaqədar təhqiqata başlayıb.

visiontv.az