"Front Line Defenders" təşkilatı bəyanat yayaraq Təbrizin mərkəzi həbsxanasında həbsdə olan vəkil və insan haqları müdafiəçisi doktor Əbülfəzl Rəncbərinin vəziyyətindən ciddi narahatlığını ifadə edib.
Universitet professoru və Təbrizdən olan tanınmış hüquqşünas doktor Rəncbəri Azərbaycanda siyasi fəalları müdafiə etməklə tanınır.
Təbriz İnqilab Məhkəməsinin 15-ci şöbəsi onu “Azərbaycan Respublikasının xeyrinə casusluq”da ittiham edib.
"Front Line Defenders"in məlumatına görə, doktor Rəncbəri Təbriz həbsxanasında ağır şəraitdə, o cümlədən üç aydan çox təkadamlıq kamerada və vəkil, ailə və ya zəruri dərman vasitələrinə çıxışı olmayan şəraitdə saxlanılır. Təşkilat bu ittihamların qisas xarakteri daşıdığını vurğulayıb və İranın casusluq qanununu insan haqları müdafiəçiləri və azlıqları sıxışdırmaq üçün bir vasitə hesab edib.
visiontv.az