Finlandiyanın NATO-ya qəbulu TBMM-də qəbul edilib
Finlandiyanın NATO-ya qəbulu TBMM-də qəbul edilib
23.03.2023 MEDİA Tərəfindən

Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun təklifi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində qəbul edilib.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Xarici Əlaqələr Komitəsi AK Partiya İstanbul Millət vəkili Akif Çağatay Kılıçın sədrliyi ilə toplanıb.

İclasda Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının Rəyasət Heyətinin rəsmiləri də iştirak ediblər. Xarici işlər nazirinin müavini Burak Akçapar parlamentarilərə Finlandiyanın NATO-ya qoşulmasıyla bağlı qanun təklifi barədə məlumat verib.

Akçapar, "Finlandiya, bu prosesin lap əvvəlindən bəri ölkəmizin həssaslığını və gözləntilərini yerinə yetirmək üçün daha hazırlıqlı və qətiyyətli idi" deyə bildirib. 

Danışıqlardan sonra Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulması ilə bağlı Protokolun təsdiq edilməsi təklifi qəbul edilib.

İlahə Əliyeva