Ermənistanın COP29-da iştirakla bağlı yekun qərarı yoxdur
22.10.2024

Ermənistanın Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirakla bağlı hələlik yekun qərarı yoxdur.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

O deyib ki, bunun üçün ilk növbədə həmin konfransın ölkəyə hansı faydaları verəcəyi müəyyənləşdirilməlidir.