Ərini itirən qadına başqa kişi ilə gəzdiyinə görə kompensasiya verilmədi
29.07.2025

Rusiya hökuməti Ukrayna savaşında ölən hərbçinin həyat yoldaşına kompensasiya verməkdən imtina edib.

Səbəb isə qadının başqa bir kişi ilə münasibətdə olması göstərilib. Nəticədə 7 milyon rubl məbləğində vəsait mərhumun anasına çatıb.

Sosial şəbəkələrdə böyük rezonans doğuran bu qərar ölkədə müzakirələrə səbəb olub. Rəsmilər qadının “ailə sədaqətinə” sadiq qalmadığını əsas gətiriblər.

Hadisə Rusiyada sosial və hüquqi dəyərlər sisteminin vəziyyətini gündəmə gətirib.

visiontv.az