Tehranda İranın xarici işlər naziri Abbas Əraqçıya qarşı sui-qəsdin qarşısı alınıb. Bununla bağlı, XİN başçısının müavini Məhəmməd Hüseyn Rəncbəran “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, hadisə bir neçə gün əvvəl baş verib. O, vurğulayıb ki, İran təhlükəsizlik orqanlarının addımları sayəsində detalları hələlik açıqlanmayan “böyük İsrail sui-qəsdi”nin qarşısını almaq mümkün olub.
Əraqçının Avropa üçlüyü ilə danışıqlar aparmaq üçün Cenevrəyə getməyə hazırlaşdığı vaxtdan Rəncbəran onun İsrail tərəfindən hədəfə alınmamasına əmin olmaq üçün bir sıra zənglər edib.
visiontv.az