Ənəl-Həqq şəhər düşüncəsi, mədəniyyətin icadıydı: Gücünü kitabdan deyil, kitabxanadan alırdı
22.04.2024

Müsəlmanlar Hicazdan Şiraza gələndə dinin tək kitabı burada mədəniyyətin kitabxanalarıyla qarşılaşdı.

Allahın tək kitabının qarşısına insanlar nəhəng kitabxanalarıyla çıxdılar. 
Bu qarşılaşma səhranın tək kitabı üçün gözlənilməz oldu. Şəhər kitabxanaları üçün isə bu adi hal idi. Amma səhradan gələnin əlində qılınc vardı.
Tək kitabın və kitabxanaların ortaq dil tapmaqdan başqa çarəsi yox idi; əks halda, ikisindən biri inkar və məhv ediləcəkdi. 
Bu qarşılıqlı güzəştin, yəni allahın tək kitabı ilə insanların kitabxanalarının ortaq dil tapmalarının nəticəsi nə olsa yaxşıdır? 
Ənəl-Həqq düşüncəsi! 
Kitabxanalar insanın mövqeyini qorudu, tək kitab allahın. Axırda razılığa gəldilər ki, ikisinin dediklərini bir ideyada birləşdirsinlər və ortaya "Ənəl-Həqq" düşüncəsi çıxdı. 
Ənəl-Həqq şəhər düşüncəsiydi. Mədəniyyətin icadıydı. Gücünü kitabdan deyil, kitabxanadan alırdı.

Aqşin Yenisey

visiontv.az