Əhsən Paşinyan, pardon, "Dəmir Yumruq": Sən "Qarabağ Ermənistandır" qışqırana gör nələr dedirdirsən!
Əhsən Paşinyan, pardon, "Dəmir Yumruq":  Sən "Qarabağ Ermənistandır" qışqırana gör nələr dedirdirsən!
08.05.2024 Sahib Alıyev Tərəfindən

Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki mətbuat konfransında bir neçə açıqlaması diqqətimi çəkdi ki, onlardan da biri budur:

"Delimitasiya prosesi nə qədər dərinləşəcəksə, savaş üçün əsas bir o qədər aradan qalxır, o məntiqsizləşir və legitimsizləşir".

Məhz bu açıqlamadan görünür ki, Ermənistanın baş naziri Azərbaycanın indiyədək apardığı savaş və döyüşləri, əsaslı, məntiqli, legitim sayır. Eyni zamanda onu da xalqına çatdırır ki, delimitasiya prosesi davam etdirilmədiyi təqdirdə gələcəkdə baş verə biləcəklər də bu qəbildən olacaq.

Nə demək olar, əhsən Paşinyan, pardon, "Dəmir Yumruq" Sən "Qarabağ Ermənistandır" qışqırana gör nələr dedirdirsən!

Millət vəkili Sahib Alıyev

visiontv.az