Duellərin sayını azaldan riyaziyyatçı
03.04.2024

Rene Dekart (31 mart 1596 - 11 fevral 1650) analitik həndəsə və müasir cəbr simvolizmini yaradan filosof, mexanik, riyaziyyatçı, fizik və fizioloq idi. Cogito, ergo sum - Düşünürəm, ona görə də varam. Bu ifadə Rene Dekartı ölümsüz etdi.

Dekart özündən sonra müxtəlif sahələrdə böyük bir miras qoydu, bu gün də istifadə olunan cəbr simvolikasını o hazırladı. Belə bir məhsuldarlığına rəğmən Dekart inanlmaz bir tənbəl kimi tanınırdı. Onun gündə ən az 12 saat yatdığını, oyandıqdan sonra da yataqda uzanaraq çalışırdı.

Dekartın adı teatr tarixinə də düşüb.

Deyilənə görə o illərdə teatrdakı oturacaqlar nömrələnmədiyi üçün tamaşadan əvvəl mübahisələr yaranır, mübahisələr isə duelə çevrilirdi.

Təbəələri arasında tökülən qandan hiddətlənən XIII Lüdovik problemi çözmək üçün məşhur riyaziyyatçıya müraciət edir.

Dekart hər oturacağın öz "koordinatları" olan sıra və yer sistemini təklif edir.

Oturacaqlar nömrələnən kimi yer üstündə duellər bitir.

İbrahim Nəbioğlu

visiontv.az