Təbriz universitetində əmək və fundamental hüquq fənlərindən dərs deyən və məhkəmə işlərində siyasi fəalları təmsil edən insan haqları vəkili Əbülfəzl Rəncbəri 2025-cü il mayın 4-dən bəri qanuni əsas olmadan həbsdədir və bu gün onun həbsinin 100-cü günü tamam olur.
Bununla bağlı Azərbaycanlı vəkil Sina Yusifi özünün sosial media hesabında paylaşım edib.
“Doktor Rəncbəri təxminən bir ay əvvəl Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasından şəhərin mərkəzi həbsxanasına köçürülüb. O telefon zəngləri etmək, ailəsi ilə və vəkillə görüşmək hüquqlarından məhrum edilərək olunmadan qeyri-müəyyən şəraitdə bir nəfərlik kamerada saxlanılır." - deyə o bildirib.
Məlumatlı mənbələrin bildirdiyinə görə, iş üzrə müstəntiq əvvəllər müvəqqəti həbs qətimkan tədbirinin zaminə çevrilməsinə razılıq verib, lakin təhlükəsizlik qüvvələrinin prokurora təzyiqi məhkəmə prosesinin dayandırılmasına səbəb olub.
Vəkilə qarşı “sistem əleyhinə təbliğat” ittihamının irəli sürüldüyü bildirilir.
Vəkilin həbsdə saxlanmasının davam etməsi və onun vəziyyəti haqqında məlumatın tam olmaması doktor Rəncbərinin sağlamlığı və təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.
visiontv.az