Direktor və direktor müavinlərinin işə qəbulunda dəyişiklik ediləcək
06.02.2025

Direktorların işə qəbulunda sertifikasiya nəticələri nəzərə alınacaq.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O qeyd edib ki, direktor müavinlərinin işə qəbulu zamanı imtahanda topladıqları balla yanaşı, müəssisə rəhbərliyinin rəyi də nəzərə alınacaq.