Daha 5 taxıl daşıyan gəmi Ukraynadan yola düşüb
Daha 5 taxıl daşıyan gəmi Ukraynadan yola düşüb
16.08.2022 MEDİA Tərəfindən

Türkiyə Milli Müdafiə Nazirliyi daha 5 taxıl daşıyan gəminin Ukraynanı tərk etdiyini bildirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada bildirilib ki, taxıl daşınması çərçivəsində qarğıdalı və buğda yüklü 5 gəmi, 2-si “Yujnı”, 3-ü “Çornomorsk” limanlarından olmaqla Ukraynanı tərk edib. 

Açıqlamada o da qeyd olunub ki, bu gün Ukrayna limanlarına gedəcək 4 gəmi Birgə Koordinasiya Mərkəzi tərəfindən yoxlanılacaq.

İlahə Əliyeva