Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıya bilər
15.06.2026

Britaniya Lordlar Palatası SEPAH-ın (İslam İnqilabının Keşikçiləri Korpusu) terror təşkilatı kimi tanınması üçün hüquqi baza yarada biləcək milli təhlükəsizlik haqqında qanun layihəsinə baxıb.

Hökumət tərəfindən təqdim olunan sənəd daxili işlər nazirinin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur.

Belə ki, nazir xarici dövlətlərlə əlaqəli olan və milli təhlükəsizliyə təhdid yaradan təşkilatların fəaliyyətini məhdudlaşdıra biləcək.

Qanun qəbul ediləcəyi halda, artıq gələn ay qüvvəyə minə bilər.

visiontv.az