Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilir
07.05.2024

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Gülalı Məhəmməd oğlu Dadaşov ilə vida mərasimi keçirilir

 

 Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları iştirak edirlər.

Vida mərasimindən sonra şəhid Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Gülalı Dadaşov 1994-cü ildə  Xaçmaz rayonun Sibiroba kəndindən Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün yollanıb. O, Füzuli rayonun Əbürrəhmanlı kəndində itkin düşüb. Onun nəşinin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edildiyi məlum olub.

visiontv.az