Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, sonuncu intihar hadisəsi Kərəc şəhərinin mərkəzi həbsxanasında baş verib.
Bildrilib ki, narkotik maddələri qaçaqmalçılığında ittiham olunan Mehrdad Əhmədinəjad özünü öldürüb.
Bundan əvvəl isə Məlayer şəhərinin mərkəzi həbsxanası, Məşhədin Vəkilabad və Kərəcin Qəzılhisar həbsxanalarında daha üç məhkum özünə qəsd edib.
Onların barələrində saxta ittihamlarla iş açılmasına və həbsxana rəhbərliyinin təzyiqlərinə etiraz olaraq intihar etdikləri bildirilib.
visiontv.az