Bayraktar TB3 ilk qaçış testini uğurla başa vurub
Videonu Aç
13.10.2023

Dünyada qısa uçuş-enmə zolağına malik gəmilərdə yerləşdirilən ilk silahlı pilotsuz uçuş aparatı (PUA) olması planlaşdırılan Bayraktar TB3 ilk qaçış sınağını uğurla başa vurub.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, “Baykar”ın X sosial media platformasında etdiyi paylaşımda, Bayraktar TB3-ün ilk qaçış testinin görüntüləri yer alıb.

Qeyd edək ki, qatlana bilən qanad quruluşu ilə helikopter gəmilərində və təyyarədaşıyıcılarda istifadəyə uyğunluğu üçün nəzərdə tutulan təyyarə aprel ayında TEKNOFEST İstanbulda ilk dəfə nümayiş etdirilib.

İlahə Əliyeva