Gürcüstanın Batumi şəhərində restoranda silahlı insident olub.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər qətlə yetirilib.
Öldürülən şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir. Gürcüstan DİN faktla əlaqədar cinayət işi açıldığını bəyan edib.