“Bank kreditlərinin faizləri çox yüksəkdir və biznes üçün əlverişli deyil…” – Müsahibə
“Bank kreditlərinin faizləri çox yüksəkdir və biznes üçün əlverişli deyil…” – Müsahibə
23.11.2022 MEDİA Tərəfindən

İqtisadiyyat elə bir sahədir ki, istənilən ölkənin inkişafını onsuz təsəvvür etmək çətindir. Bu gün mövzumuz iqtisadiyyatdır. Müsahibimiz iqtisadçı ekspert Mahir Zeynalovdur.

“Bank kreditlərinin faizləri çox yüksəkdir və biznes üçün əlverişli deyil…” – Müsahibə

İqtisadiyyat elə bir sahədir ki, istənilən ölkənin inkişafını onsuz təsəvvür etmək çətindir. Bu gün mövzumuz iqtisadiyyatdır. Müsahibimiz iqtisadçı ekpert Mahir Zeynalovdur. 


Fikrinizcə neftdən asılılığımızı tamamilə ləğv etmək üçün daha çox hansı sahələrin inkişafına çalışmalıyıq? 

Azərbaycan iqtisadiyyatında neft amilinin yüksək olması heç kimə sirr deyil. Hazırda büdcə gəlirlərinin 53%-i neft sektorundan formalaşır və növbəti ildə də təxminən o qədər olacağı gözlənilir. Əvvəllər bu rəqəm 70% ətrafında idi. Yəni asılılq müəyyən qədər azaldılıb. Neft amilini tam aradan qaldırmaq mümkün deyil, ancaq arzu ediləndir ki, neft sektorundan daxilolmalar büdcə gəlirlərinin 25%-indən artıq olmasın. Həm də bu asılılıq Neft Fondundan transferlərin, büdcədə neft gəlirlərinin azaldılması hesabına deyil, qeyri-neft sektorunun inkişafı və həmin inkişafın nəticəsi olaraq bu sektordan artacaq vergi yığımları hesabına azalmalıdır. Azərbaycanda qeyr-neft sekrotunda qeyri-neft sənayesi sahələri, kənd təsərrüfatında isə emal sənaye yüksək potensiala malikdir. Və həmin sahələr dövlətin təşviq mexanizmləri, sahibkarlığın dəstəklənməsi, əlverişli investisiya mühitinin formalaşdırılması hesabına inkişaf etdirilə bilər.


Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün atılan addımları necə dəyərləndirirsiniz?

 

Hökumət son illər qeyri-neft sektorunun inkişaf etdirilməsinə diqqəti və dəstəyi artırıb. Bunun nəticəsidir ki, son illər qeyri-neft sektorunda artım meyilləri qeydə alınır. Ancaq bununla yanaşı, qeyri-neft sektorunda biznesin dəstəklənməsi,  ucuz kreditlərə əlçatanlığın təmin edilməsi, təşviq mexanimlərinin təkmilləşdirilməsi, beynəlxaq təcrübəyə əsaslanaraq dövlət-sahibkar əməkdaşlının gücləndirilməsi vacibdir. Neft gəlirlərinin bir hissəsi qeyri-neft sektorunun davamlı və dayanıqlı inkişafına yönəldilməlidir.


Sizə ölkəmizdə kiçik sahibkarlığın və bank sektorunun inkişafında  islahatlara ehtiyac yoxdurmu?

 

Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişfına dövlət dəstəyinin artırılması vacibdir. Xüsusən də bank sektorunda islahatlara ehtiyac var. Bank kreditlərinin faizləri çox yüksəkdir və biznes üçün əlverişli deyil. İndiki kommersiya kreditlərinin faizləri ilə qeyri-neft sənayesini inkişaf etdirmək mümkün deyil. Ona görə də, bank sektorunda azad rəqabət mühitinin və biznes üçün əlverişli kredit bazarının formalaşdırılmasına böyük ehtiyac var.

Bünyamin Bünyadzadə
Visiontv.az