Bakıda məktəbdə şagird döyülüb, araşdırma aparılır
04.10.2022

Paytaxtda yerləşən məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Visiontv.az  Report.az saytına istinadən xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.

"Məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür", - məlumatda qeyd edilib.