Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində avtomobil yolu keçən 2000-ci il təvəllüdlü İsmayılov Elşən Hümbət oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Report