Azərbaycan və Polşa MN arasında hərbi tibb sahəsində əməkdaşlıq müzakirə olunub
17.11.2026

Azərbaycan ilə Polşa Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsinin nümayəndə heyəti Polşada rəsmi səfərdə olub.

MN-dən  verilən xəbərə görə, Polşa Milli Müdafiə Nazirliyinin  Hərbi  Tibb  Xidməti Departamentində keçirilən görüşdə hərbi tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə təlim və təhsil proqramları, elmi-tədqiqat layihələri və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti  Varşava Hərbi Tibb İnstitutunda, Lodz  Hərbi  Tibb  Akademiyasında və Hərbi  Aviasiya Təbabəti İnstitutunda olub. Görüşlər zamanı hərbi tibb kadrlarının hazırlanması, müasir tibbi infrastruktur, ixtisasartırma proqramları və aviasiya təbabəti sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər iki ölkənin hərbi tibb sahəsində əməkdaşlığının inkişafı, qabaqcıl təcrübənin öyrənilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

visiontv.az