Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik
04.05.2026

Biz cəmi doqquz aydır sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik.

Bunu Prezident İlham Əliyev  Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxışında bildirib.

“Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə  Ermənistan və  Azərbaycan liderləri birgə bəyannamə imzaladılar. Qeyd edildiyi kimi, Prezident Tramp da şahid qismində bu sənədi imzaladı. Ermənistan və  Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar və mən əminəm ki, bizim üçün də, erməni tərəfdaşlarımız üçün də sülh artıq reallaşıb”, - dövlət başçısı bildirib.

visiontv.az