SEPAH-a bağlı Fars Xəbər Agentliyinin yerli mənbələrə istinadən verdiyi məlumata görə, bazar ertəsi İranın Cask adası yaxınlığında ABŞ hərbi gəmisinə iki raket atılıb.
İddiaya görə, gəmi Cask yaxınlığında Hörmüz boğazına doğru hərəkət edərkən hədəfə alınıb.
Xəbərdə qeyd olunur ki, hərbi gəmi marşrutunu davam etdirə bilməyib və geri dönərək ərazini tərk edib.
visiontv.az