Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib
17.04.2024

Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Adıgözəlov aprelin 17-də kollektivə təqdim olunub.

Visiontv.az   AZƏRTAC-a  istinadən xəbər  verir  ki,  F.Adıgözəlovu kollektivə  Azərbaycan  Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Xatırladaq ki, aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Fərhad Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

visiontv.az