Azad edilmiş ərazilərdə daha 79 mina, 378 PHS aşkarlanıb
06.05.2024

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (29.04.2024 - 05.05.2024) açıqlanıb.

ANAMA-dan  verilən məlumata görə, Tərtər,  Ağdam,  Ağdərə,  Laçın,  Füzuli,  Şuşa,  Xocalı,  Xankəndi,  Kəlbəcər,  Qubadlı,  Xocavənd,  Cəbrayıl və Zəngilanda 26 piyada əleyhinə mina, 53 tank əleyhinə mina, 378 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 046.3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

visiontv.az