Svetoforda yaşıl işıq yanır. Hələ ayağını əyləcdən çəkməmisən, amma arxadan siqnal başlayır!
Psixologiyada bunun mümkün izahlarından biri aşağı frustrasiya tolerantlığıdır. Yəni insanın ən kiçik gecikməyə belə dözə bilməməsi.
Belə adamlar üçün bir neçə saniyə gözləmək sanki böyük faciədir. Səbirsizlik, impulsivlik və hər şeyi nəzarətdə saxlamaq istəyi də işə qarışır.
İşin ironiyası odur ki, siqnal maşını sürətləndirmir, əksinə, sürücünü çaşdırıb gecikdirə bilər.
Əlbəttə, hər siqnal verənin psixoloji problemi yoxdur. Amma bəzən insanın səbri elə svetoforun qırmızı işığında tükənir.
Neandertal
visiontv.az