Xocavənd və Ağdərə rayonlarına köçrülünən sakinlərə yeni mənzillərin və evlərin açarları təqdim edilib.
Bu mərhələdə ümumilikdə 42 ailə olmaqla 163 nəfər doğma yurdlarına qayıdıb.
Onlardan 24 ailə (86 nəfər) Xocavənd şəhərində, 11 ailə (53 nəfər) Quzeyxırman kəndində, 3 ailə (11 nəfər) Xocavənd kəndində, 2 ailə (6 nəfər) Hadrut qəsəbəsində, 2 ailə (7 nəfər) isə Ağdərə rayonunun Heyvalı kəndində məskunlaşıb.
Açarların təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Prezidentin müvafiq rayonlar üzrə xüsusi nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, köçürülən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
visiontv.az