AMEA-da yeni şöbələr yaradıldı: Kadr təyinatları
24.04.2024

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub.

Bu barədə  AMEA  Rəyasət  Heyətinin iclasında qərar qəbul edilib.

Belə ki,  AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiya xidməti şöbəsi yaradılıb.

Eyni zamanda  iclasda  AMEA  Rəyasət Heyəti aparatının Nəqliyyat xidməti şöbəsinin Əsasnaməsi təsdiq edilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Filologiya elmləri doktoru Əzizağa Nəcəfov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru  Zaur Həsənov isə  AMEA-nın Arxeologiya və  Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiqləniblər.

visiontv.az